Bankların xarici valyuta tələbi artdı - HƏRRAC
ENA.az xəbər verir ki, bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərracında banklara 59,6 milyon dollar satılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir: “Hərracda tələb 59,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”.
Qeyd edək ki, iyulun 20-də keçirilən hərracda banklara 41,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.