Neft həftəni artımla başa vurur - 21.07.2023
Bugün neft qiymətləri yüksəlir və həftəni müsbət ərazidə bitir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında cümə günü saat 9:15-ə Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 80,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,63 dollar (0,79%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin sentyabr ayı fyuçerslərinin qiyməti bu dəfə 0,62 dollar (0,82%) artaraq bir barelə görə 76,27 dollar təşkil edib.
Exness-in analitiki Wael Makarem deyib: "Treyderlərin diqqəti daim tələb və təklif amilləri arasında dəyişdiyi üçün neft bazarı qısa müddətdə yüksək dəyişkən qala bilər".
"Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmaqla bağlı hərəkətləri neft qiymətlərinin bu ay yüksəlməsinə və saxladıqları sıx diapazondan çıxmasına kömək etdi və bu amil orta müddətli perspektivdə bazarı dəstəkləməyə davam edə bilər", - ekspert bildirib.
O qeyd edir ki, Çin iqtisadiyyatında gözləniləndən daha zəif artım neftə tələbat perspektivinə zərbə vurur. Eyni zamanda, ABŞ-da inflyasiyanın yavaşlaması fonunda Federal Ehtiyat Sisteminin sərtləşdirmə dövriyyəsinin erkən bitməsinə dair artan gözləntilər tələb proqnozlarını və bütövlükdə neft bazarını dəstəkləyir.