İraq İsveçin “Ericsson” şirkətinin lisenziyasını ləğv edib
İraq İsveçin “Ericsson” telekommunikasiya şirkətinin lisenziyasını ləğv edib.
ENA.az INA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Kommunikasiya və İnformasiya Təşkilatı bildirib.
Məlumata görə, İsveçin paytaxtı Stokholmda Quran-Kərimə hörmətsizliyə etiraz olaraq İraq hökuməti “Ericsson”un lisenziyasını geri çağırıb.
Xatırladaq ki, İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun ölkə ərazisinin tərk etməsinə dair qərar qəbul edib.