Gündəm

ABŞ Qırğızıstana məhdudiyyətlər qoymağa hazırlaşır

ABŞ bu həftə Qırğızıstana qarşı iqtisadi təsir göstərə bilər.

Bu barədə Vaşinqton Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Qırğızıstan Rusiyaya sanksiya mallarının tədarükü səbəbindən belə bir bir halla üzləşə bilər.

Məqalədə deyilir ki, Rusiya sanksiyalarla əlaqədar Mərkəzi Asiyanın keçmiş sovet ölkələrindən, Avropa və Çinlə fəal ticarət edərək ona kömək edir.

ABŞ rəsmilərinin sözlərinə görə, bir müddətdir Amerika və Avropa diplomatları Bişkekə səfər ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)