İyulun 15-də Brüsseldə keçiriləcək görüşdə Şarl Mişel də iştirak edəcək
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şarl Mişel iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşiyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşə qatılacaq.