General Kamil Məmmədov vəfat etdi
Daxili işlər nazirinin sabiq müavini general-mayor Kamil Məmmədov dünyasını dəyişib.
Məlumata görə, Kamil Məmmədov bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, K.Məmmədov 1981-89-cu illərdə daxili işlər nazirinin milis və operativ iş üzrə müavini vəzifəsində işləyib.