Aqrar

Azərbaycanın aldığı buğdanın qiyməti ucuzlaşıb - RƏQƏMLƏR

Bu ilin 5 ayında Azərbaycana 450,152 min ton buğda idxal edilib. ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatı əsasında müqayisə aparsaq, bu, 2022-ci ilin yanvar-may dövrünün göstəricisindən 26,6% çoxdur. 

Ölkəyə gətirilmiş buğdanın ümumi dəyəri 134 milyon 904 min dollardır. Dəyər ifadəsində göründüyü kimi artım 8,8% təşkil edib.

Bu isə o deməkdir ki, Azərbaycanın yanvar-may aylarında aldığı buğdanın qiyməti bir ton üçün 299,7 dollardır. 2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün 337,6 dollar olub. 

Hesabat dövründə Azərbaycana 63 milyon 87,9 min dollar dəyərində (artım 10,8%) 104,705 min ton şəkər xammalı və şəkər (azalma 0,8%), 65 milyon 638,6 min dollar dəyərində (azalma 30.3%) 50,447 min ton bitki yağı (azalma 14,8%), 28 milyon 733,7 min dollar dəyərində (azalma 3,9%) 5,374 min ton çay (azalma 11,6%), 41 milyon 310,1 min dollar dəyərində (azalma 16,8%) 7,484 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 16,8%) idxal edilib.

Bununla yanaşı, respublikaya 10 milyon 431,6 min dollar dəyərində (artım 2,2 dəfə) 2,636 min ton iribuynuzlu heyvan əti (artm 2,5 dəfə), 19 milyon 131,1 min dollar dəyərində (artım 1,8%) 13,2 min ton quş əti və quş əti məhsulları (artım 8,3%) idxal edilib.

Hesabat dövründə Azərbaycana 63 milyon 41 min dollar dəyərində (azalma 2,2%) 62,679 min ton meyvə (azalma 10%), 11 milyon 504,3 min dollar dəyərində (azalma 2,1%) 19,628 min ton tərəvəz (azalma 1,1%), 25 milyon 880,2 min dollar dəyərində (azalma 15,1%) 87,09 min ton kartof (azalma 20,9%) idxal edilib.

Yanvar-may aylarında ölkədən 103 milyon 385,8 min dollar dəyərində (artım 4,5%) 103,536 min ton tərəvəz (artım 20%), 111 milyon 671,6 min dollar dəyərində (artım 7,5%) 81,332 min ton meyvə (artım 12,6%), 23 milyon 381,4 min dollar dəyərində (artım 57,7%) 52,838 ton kartof (artım 58,6%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan 13 milyon 340,4 min dollar dəyərində (artım 43,8%) 18,581 min ton şəkər (artım 28,6%), 1 milyon 721,4 min dollar dəyərində (azalma 78,7%) 873,3 ton bitki yağı (azalma 82,6%) ixrac edilib.

Hesabat dövründə Azərbaycan 7 milyon 718,1 min dollar dəyərində (artım 39,5%) 6,359 min ton meyvə və tərəvəz şirələri (artım 38,5%), 2 milyon 759,4 min dollar dəyərində (artım 2,6 dəfə) 145,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 92,2%), 6 milyon 148 min ddollar əyərində (artım 89,1%) 4,214 min ton meyvə və tərəvəz konservləri (artım 56,5%), 2 milyon 468 min dollar dəyərində (azalma 70,9%) 1,09 ton tütün (azalma 56,4%), 2 milyon 506,4 min dollar dəyərində (azalma 51,3%) 279,1 ton çay (azalma 68,5%) ixrac edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)