Hesablama Palatası büdcəsinin 39%-ni nəyə xərcləyib?
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Hesablama Palatasının saxlanmasına çəkilən xərclər 4 milyon 104,227 min manat təşkil edib.
2023-cü il üçün Hesablama Palatasının saxlanması ilə bağlı xərclər smetası 10 milyon 625,965 min manat səviyyəsində təsdiq edilib. Belə ki, hesabat dövründə vəsaitlərin istifadə olunma səviyyəsi 38,6% təşkil edib.
Yanvar-iyun aylarında vəsaitin əsas məbləği Hesablama Palatasının əməkdaşlarının əmək haqlarının ödənilməsinə yönəldilib: 2 milyon 663,874 min manat. Bu 6 ay ərzində Palatanın ümumi xərclərinin 64,9 faizini təşkil edir.
Bundan əlavə, hesabat dövründə məcburi sosial sığorta üzrə ayırmalar 672,39 min manat, əməkhaqqının ödənilməsi ilə bağlı digər nağd ödənişlər üzrə xərclər 371,835 min manat, ölkədaxili ezamiyyət xərcləri 44,276 min manat təşkil edib.
Xərclərin qalan hissəsi başqa məqsədlər üçün istifadə olunub.