“Bank Melli İran”dan ciddi depozit axını var. Hesabatda daha nələr var?
“Bank Melli İran”ın Bakı filialı Azəraycan ilə İran arasında yaranan gərginlik fonunda fəaliyyətini zəiflədib. 2023-cü ilin birinci yarısı üzrə Bankın açıqladığı hesabat bunu göstərir.
Aktivlər azaldı
Hesabata görə, “Bank Melli İran”ın aktivləri 20,2% azalaraq 77 milyon 59,072 min manata düşüb. Kreditlərin həcmi üzrə kifayət qədər ciddi, 24,6% azalma göstərən kredit portfeli 7 milyon 134,93 min manata qədər azalıb. Bu isə kreditlərin ümumilikdə aktivlərdə 9% paya malik olduğunu, bankın kredit bazarında qe3yri-aktiv olduöunu göstərir.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar xüsusi həcmə malikdir və 40 milyon 268,972 min manat təşkil edir. 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 32,3% azalma mövcuddur. Bank investisiya qiymətli kağızlarının həcmini 4,4% artıraraq 24 milyon 912,612 min manata çatdırıb.
Depozit axını baş verir
30 iyun 2023-cü il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 1,6 dəfə azalaraq 37 milyon 690,311 min manata düşüb. Bankın əməliyyatlarına olan nəzarət və fəaliyyətinin məhdudlaşması ilk növbədə depozitlərin axınına kəskin təsir edib. Müştəri hesabları 6 dəfə azalaraq 1 milyon 489,698 min manata düşüb. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 42,8% kiçilib və 19 milyon 175,24 min manat olub.
Mənfəət açıqladı
Bankın kapitalı 39 milyon 368,761 min manat, nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat təşkil edib. Bankın 34 milyon 242 min manat həcmində zərəri formalaşıb.
Birinci yarımilliyin yekunları üzrə bankın filialının xalis mənfəəti 2 milyon 83,05 min manat olub. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,6 dəfə çoxdur. Bankın faiz gəlirləri 1 milyon 495 min manat, ehtiyata ayırmaları 1 milyon 348 min manat təşkil edib.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.