Birja

Neft birjalarında enmə - 10.07.2023

Neft yeni həftəyə aprelin əvvəlindən bəri ən böyük həftəlik qazancından sonra enmə ilə başladı. İnvestorlar sıx tələb və təklif narahatlıqlarının əlamətlərini balanslaşdırır.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 9:20-ə 78,02 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 45 sent (0,57%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında avqust ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd olunan vaxta görə 47 sent (0,64%) azalaraq bir barelə görə 73,39 dollar təşkil edib. 

Ötən həftə Brent 4,1%, WTI 4,6% bahalaşıb.

Xəbər verildiyi kimi, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,5 milyon barel azalıb. S&P Global Commodity Insights tərəfindən sorğuya qatılan ekspertlər orta hesabla 3,6 milyon barel azalma gözləyirdilər.

Səudiyyə Ərəbistanı avqust ayında gündəlik 1 milyon barel həcmində neft hasilatının könüllü azaldılmasını uzadacağını açıqlayıb. Beləliklə, avqustda ölkədə hasilat təxminən 9 milyon barel səviyyəsində qalacaq.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)