HI-TECH

AB "Amazon"un "iRobot" almaq cəhdi ilə bağlı araşdırmaya başladı

Avropa İttifaqı (Aİ) Amazon-un robot tozsoran istehsalçısı iRobot-u 1,7 milyard dollara almaq cəhdi ilə bağlı araşdırmaya başlayıb.

ENA.az xəbər verir ki, açıqlamada, satın almanın Amazon-a robot tozsoranlar bazarında rəqabəti məhdudlaşdırmağa və onlayn bazar provayderi kimi mövqeyini gücləndirməyə imkan verəcəyi ilə bağlı narahatlıqların olduğu bildirilir.

Bu mövzuda rəqabətlə bağlı narahatlıqların müəyyən edilməsi üçün araşdırma aparılacağına diqqət çəkən açıqlamada, satınalma cəhdinin 1 iyun 2023-cü il tarixində Aİ Komissiyasına bildirildiyi və araşdırmanın 15 Noyabr tarixinə qədər tamamlanacağı ifadə edildi.

Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Aİ Komissiyasının səlahiyyətinə daxildir.

Aİ Komissiyası araşdırmada rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmaların qarşısını ala bilər.

Amazon keçən il iRobot-u 1,7 milyard dollara alacağını açıqlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)