HI-TECH

Azərbaycan “Azersky”a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış “Azersky” peykinə görə 15-dən çox sığorta şirkətindən ödəniş alacaq.

Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

“Yerin məsafədən müşahidə peyki olan “Azersky”la bağlı sığorta ödənişlərinin alınması üçün biz artıq fəaliyyətə başlamışıq, proses ilin sonuna qədər yekunlaşacaq. Nəzərə almaq lazımdır ki, sığortalama prosesində 15-dən artıq sığorta şirkəti iştirak edir. Biz peyki “PAŞA Sığorta” ASC vasitəsi ilə beynəlxalq bazara çıxarmışdıq. Müştərilərimiz dünyanın ən böyük təkrarsığorta şirkətləri olub. Onların hər biri A+ kateqoriyalı beynəlxalq reytinqə malikdir. Prosesin uzun çəkməsinin səbəbi budur ki, şirkətlərin çoxsaylı sualları olur və onların hamısı cavablandırılır. Cavablar onları qane etdikdən sonra sığorta ödənişi “PAŞA Sığorta” vasitəsi ilə “Azərkosmos”a həyata keçiriləcək”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)