Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb
Son iki il ərzində “Unibank”ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb. İstər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.
Müştərilərin banka etimad göstəricisini ifadə edən daha bir rəqəm olan cari hesab qalıqlarının artımında da ciddi irəliləyiş qeydə alınıb. Həm fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq, 326 milyon manatı ötüb. Açıqlanan statistik məlumata əsasən, manat hesablarının payı digər xarici valyuta hesabları ilə müqayisədə üstünlük təşkil edib.
Bu ilin ilk rübü, bankın dayanıqlılığını və dinamik inkişafını göstərən əsas maliyyə göstəriciləri üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Bankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq, 1 milyard 446 milyon manatı ötüb.
Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Köklü bankçılıq təməllərinə sahib olan Unibank, 31 illik uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakı ilə yerli maliyyə bazarına öz töhfəsini verməkdə davam edir.