FT: Avropa "Rosselxozbank"ın törəməsini SWIFT-ə birləşdirə bilər - SƏBƏB
"The Financial Times” yazır ki, Avropa İttifaqına üzv ölkələr “Rosselxozbank”ın törəmə bankının beynəlxalq SWIFT sisteminə qoşulması imkanlarını müzakirə edirlər.
Bu, Rusiyanın Ukrayna taxılının daşınmasına dair müqavilənin uzadılmasına razılığını təmin etmək məqsədi daşıyır.
Sanksiyalar çərçivəsində Rusiyanın bir çox digər kredit təşkilatları kimi Rosselxozbank da SWIFT-dən ayrılıb. Rusiya Federasiyasının hakimiyyət orqanları dəfələrlə “Rosselxozbank”ın bu sistemə yenidən qoşulmasını taxıl müqaviləsinin uzadılması üçün şərt adlandırıb.
FT mənbələri belə bir planın iyunun sonunda Brüsseldə keçirilən sammitdə müzakirə edildiyini və onu “ən az pis variant” adlandırdığını bildirib.
Nəşrin həmsöhbətləri onu da qeyd ediblər ki, Rusiyanın taxıl müqaviləsini bu dəfə uzatmamaqla bağlı hədələri əvvəlkindən daha ciddi görünür.
Qeyd edək ki, Rusiya və Ukrayna Türkiyə və BMT-nin iştirakı ilə 2022-ci ilin iyulunda Qara dəniz limanlarından taxıl ixracına dair saziş imzalayıb. O vaxtdan bəri sövdələşmə bir neçə dəfə uzadılıb, ən son iyulun ortalarına qədər olub.
Rosselxozbank-ı SWIFT-ə yenidən qoşmaqla yanaşı, Rusiya hakimiyyəti sövdələşmənin uzadılması şərtlərini, o cümlədən kənd təsərrüfatı texnikası və onun üçün ehtiyat hissələrinin tədarükünün bərpasını, həmçinin sığorta və təkrar sığorta üzrə məhdudiyyətlərin aradan qaldırılmasını adlandırıb.