Kapital Bank işçi axtarır - VAKANSİYA
Digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 25 iyl 2023
Öhdəliklər:
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər:
- Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
- Problemli kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi; (Mikro sahə üzrə çalışan əməkdaşlara üstünlük verilir)
- Danışıq qabiliyyətinin yüksək olması;
- Komputerdə işləmək bacarığı;
- Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
- Dəqiqlik;
- Təmkinlilik
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalından qeydiyyatdan keçərək və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək vakansiyaya müraciət edə bilərsiniz.