Priqojin Rusiya ordusunu hərbi rəhbərliyə qarşı qiyama çağırıb
“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.
Bununla bağlı məlumatı Rusiya KİV-i yayıb.
Məlumata görə, Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.