Bank

Azərbaycan banklarının ümumi mənfəəti açıqlandı - RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında bankların ümumi xalis mənfəəti 437,1 milyon manat olub. Bu, ötən ilin 5 ayı ilə müqayisədə 31,9% çoxdur.

ENA.az xəbər verir ki, bu dövrdə bankların faiz gəlirləri 1 milyard 385,9 milyon manat (artım 34,1%) təşkil edib. Verilmiş kreditlər faiz gəlirləri 19,7% artaraq 1 milyard 20,9 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 480,4 milyon manat məbləğində (artım 12,8%) qiymətləndirilir. 

Faiz xərcləri 335,2 milyon manat (artım 36,8%), o cümlədən depozitlər üzrə 237,8 milyon manat (artım 40%), qeyri-faiz xərcləri 860,4 milyon manat (artım 24,3%) təşkil edib.

Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 644,1 milyon manata (artım 27,9%) çatıb.

Vergi ödənilənədək ümumi mənfəət isə 543,2 milyon manat (artım 34,2%) olub. Banklar dövlət büdcəsinə 106,1 milyon manat (artım 45,1%), mənfəət vergisi ödəyiblər. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)