Birja

Xaricilər böyük həcmdə Türkiyə səhmləri alırlar

Türkiyə Mərkəzi Bankının açıqladığı həftəlik qiymətli kağızlar statistikasına görə, ötən həftə xaricilər 313,4 milyon dollarlıq səhm alıb. Bu rəqəm 2023-cü ildə həftəlik əsasda ən böyük alış idi.
 

Xaricilərin həftəlik səhm alışları təhlil edildikdə, bu rəqəmin 2023-cü ildə ən böyük səhm alışı olduğu müşahidə edilir.

Xarici investor 5-9 iyun həftəsində 261,8 milyon dollarlıq səhm alıb.

Belə ki, əcnəbilər iki həftə ərzində ümumilikdə 575,2 milyon dollarlıq səhm alıblar.

12-16 iyun dövründə istiqraz bölməsində 16,2 milyon dollarlıq satış, 5-9 iyun həftəsində isə 25,2 milyon dollarlıq istiqraz alışı reallaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)