Sığorta

Ən çox sığorta haqqı hansı növlərdədir? - TOP-3

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda sığortaedənlərin ümumi sığorta haqları 566 milyon 433,97 min manat təşkil edib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,8% çoxdur.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığortaçıların könüllü sığorta növləri üzrə yığımları 410 milyon 666,3 min manat (artım 29,1 faiz) və ya bazardakı bütün sığorta haqlarının 72,5 faizini təşkil edib.

Həyat sığortası üzrə sığorta haqları 251 milyon 889,8 min manat (artım 42,6%), qeyri-həyat sığorta üzrə 158 milyon 776,48 min manat (artım 12,3%) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 155 milyon 767,65 min manat (artım 43,5%) təşkil edib.

Ən çox sığorta haqqı toplanılan sığorta növləri: həyat sığortası (239 milyon 257,1 min manat), tibbi sığorta (78 milyon 222 min manat), o cümlədən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (OSAGO) 62 milyon 945,8 min manat. 

Ümumilikdə, sığortaçıların gəlirlərinin 67,2 faizini bu üç sığorta növü üzrə formalaşıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)