Bank

Azərbaycanda 2018-ci ildən bəri ilk dəfə! Bankların dollar alışları satışlardan çox olub

Azərbaycanın tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin 5 ayında keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olub.

"2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir" - deyə məlumatda qeyd olunur. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)