Dövlət qurumu işçi axtarır - MAAŞ 2000-2500 AZN
Dövlət qurumu "Tərcüməçi" vəzifəsinə işçi axtarır.
Son tarix 20 iyl 2023
Vəzifə və öhdəliklər:
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək,
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
- Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
- Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
- Tərcümə edilmiş materialların redaktəsi;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
- İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 7);
- Rus dili üzrə bilikləri arzuolunandır;
- Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
- Detallara diqqətli olmaq;
- 21-31 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Əla kommunikativ və analitik bacarıqlar;
- Stressə davamlılıq ;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Əmək haqqı: 2000-2500 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını kamranovv@gmail.com elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.