TURİZM

Turist axınından narahat oldular. Yeni vergilər və qaydalar gətirirlər!

Dünyanın hər yerindən gələn xarici turist axınını tənzimləmək üçün Fransa məhdudiyyətlər planını açıqladı. ENA.az xəbər verir ki, Fransanın turizm naziri Olivia Gregoire, hökumətin bu qərarında əhalinin maraqlarının qorunduğunu da qeyd edib. 

Normandiyadakı Mont-Saint-Michel monastırı kimi ən çox ziyarət edilən tarixi yerlərdə, Normandiyanın şimalındakı dənizkənarı Etretat şəhərində yaşayanlardan daxil olan şikayətlərin sayının artması da diqqətə alınıb. Etretat - yay aylarında hər gün 10 min ziyarətçini qəbul edir. Sıx turist axınının şəhərin simvolu olan dəniz sahillərini və tarixi qayaları məhv etdiyindən şikayət edən Etretat Şəhər Otelləri Assosiasiyasının həmsədri Şai Mallet, yerli əhalinin burada qalmağa imkanı olmadığını da əlavə edib. 

Yerli hakimiyyət orqanlarının artıq yay aylarında bəzi tarixi və mədəni yerlərə səfərlərə məhdudiyyətlər qoyduğu Fransada səlahiyyətlilər yay aylarında Brehat adasına gündəlik səfərləri 4700 nəfərlə məhdudlaşdırır. Marseldə əvvəllər gündə 2500 nəfərin ziyarət etdiyi Milli Qaya Parkının rəhbərliyi iyul və avqust aylarında buraya cəmi 400 nəfərin ziyarətinə icazə verəcək.

Fransa Turizm Nazirliyinin məlumatına görə, illik turizm fəaliyyətinin 80 faizindən çoxu ölkənin yalnız 20 faizində cəmləşib və o, həmçinin yerli əhalinin ziyarətçilərin qəbulu xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün daha yüksək yerləşdirmə vergilərinin və ya giriş haqlarının tətbiq oluna biləcəyini bildirir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)