Bank

Çin kredit faizlərini endirdi

Çin avqust ayından bəri ilk dəfə bir illik və beş illik əsas kredit faizlərini hər birini 10 əsas bənd aşağı salıb. Çin Xalq Bankı (PBOC) 1 və 5 illik kredit faizlərini 10 bənd aşağı salaraq, müvafiq olaraq 3,55 faiz və 4,20 faizə salıb. ENA.az xəbər verir ki, bu azalma Bloomberg sorğusunun təxminlərindən də aşağı olub.

Sorğuda iştirak edən iqtisadçıların median gözləntisi faiz dərəcələrinin müvafiq olaraq 3,55 faiz və 4,15 faizə endirilməsi olub. 5 illik istinad baza faiz dərəcəsi ölkədə ipoteka kreditləri üçün etalondur. Bəzi analitiklər mənzil sektorundakı problemlərə görə 5 illik istinad baza dərəcəsinin daha da aşağı salına biləcəyi qənaətində idilər.

PBOC-un qərarından sonra Çin bankları kredit dərəcələrini aşağı salsalar da, bəzi analitiklər uçot dərəcəsini məyusedici hesab edirlər.

Jones Lang LaSalle-nin Çin üzrə baş iqtisadçısı Bruce Pang bildirib: "Həm 1 illik, həm də 5 illik dərəcələrdə eyni faiz endirimləri göstərir ki, tənzimləyicilər daşınmaz əmlak bazarı ilə bağlı həddindən artıq optimist siqnal verməkdən qaçmaq istəyirlər”.

Mizuho Bank Asia valyuta strateqi Ken Cheung vurğulayıb ki, 5 illik LPR-də 10 əsas bəndlik azalma problemli mənzil sektorunu canlandırmaq üçün güclü stimul gözləyənləri bir qədər məyus etdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)