Azərkosmos nizamnamə kapitalını artırır. Kapitalın mənbəyi nədir?
2023-cü ildə Azərkosmos - Azərbaycan Respublikasının Kosmik Agentliyi nizamnamə kapitalını 103 milyon artıracaq. ENA.az xəbər verir ki, maliyyənin mənbəyi dövlət büdcəsidir.
2023-cü ilin əvvəlinə cəmiyyətin nizamnamə kapitalı 272 milyon 605,88 min manat təşkil edir.
İlkin olaraq planlaşdırılırdı ki, “Azerkosmos” 2023-cü ildə nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 18 milyon manat alacaq. Lakin cari il üçün dövlət büdcəsində düzəlişlərə əsasən bu məbləğ 103 milyon manata çatdırılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.