ENA+

Ruhani: Dərmanların 95 faizini özümüz istehsal edirik

İran Prezidenti Həsən Ruhani, "Ehtiyacımız olan dərmanların 95%-ini özümüz istehsal edirik, 5%-ini idxal edirik" deyib.

İran Prezidenti Həsən Ruhani, ölkədə istifadə edilən dərmanların 95%-inin yerli istehsal olduğunu, daha çox sərmayə yatırılsa bölgənin dərman ixracatçısı vəziyyətinə gələ biləcəklərini söyləyib.

"BI" xəbər verir ki, Ruhani, istefa verən Səhiyyə naziri Həsən Gazizadə Haşiminin yerinə təyin etdiyi Səid Nemekinin məclisdəki güvən səs verməsində çıxış edib.

İnqilabdan sonrakı 40 ildə səhiyyə sahəsində böyük irəliləyişlər qeyd etdiklərini bildirən Ruhani, 1979-dan əvvəl 14 min olan həkim sayının bu gün 140 minə çıxdığını, tibb fakültələrində oxuyan tələb sayının da 600-dən 6 min 100-ə çatdığını qeyd edib

Ölkədə inkişaflar ilə bərabər zəifliklər və problemlər də olduğunu qeyd edən Ruhani, "Ehtiyac duyduğumuz dərmanların 95%-ini özümüz istehsal edirik, 5%-ini də idxal edirik. İnqilabdan əvvəl 75% idxal, 25% istehsal idi. Bu sahədə daha çox sərmayə təmin edərək bölgənin dərman ixracatçısı vəziyyətinə gələ bilərik" deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)