BİZNES

Biznesə verilən güzəştli kreditlərin həcmi açıqlandı

Sahibkarlara 33,3 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın İnkişafı Fonduna istinadən ENA.az xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında (SİF) xətti ilə 710 layihəyə baxılıb. 

“2023-cü ilin 5 ayı ərzində 710 layihənin maliyyələşdirilməsinə verilmiş kreditlər hesabına 231 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, -deyə məlumatda bildirilir.
Təkcə may ayında Fondun müvəkkil bankları tərəfindən 367 layihənin reallaşdırılması üçün 16,7 milyon manat məbləğində kredit ayrılıb.
Qed edək kİ, 2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 150 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)