TURİZM

Avropa Birliyindən Şengen vizası ilə bağlı - YENİ QƏRAR

Yeni qərara uyğun olaraq, yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsallaşacaq və internet üzərindən 2D barkod kimi veriləcək. Lakin yeni sistemlə müraciətlərə vahid internet platforması vasitəsilə baxılacaq və lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırıla bilər.

ENA.az xəbər verir ki, viza ərizəçiləri internet üzərindən bir çox dillərdə Şengen vizası tələb edə biləcək və vizalar mobil cihazlara endiriləcək. Müraciət edənlərin bir çox ölkəyə səfər etmək istədikləri zaman müraciətin hansı ölkəyə alındığı barədə məlumat veriləcəyi sistem, AB ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə uyğun şəkildə işləyəcək. Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar fiziki olaraq Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.

Şengen vizalarının rəqəmsallaşdırılması ilə xərcləri azaltmağı, viza müraciətlərini sürətləndirməyi və asanlaşdırmağı hədəfləyən AB, Şengen bölgəsinin təhlükəsizliyini də artırmağı hədəfləyir.

Qanun layihəsi Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)