Para BOKT işçi axtarır - MAAŞ 1000-2000 AZN
Para BOKT "İnvestisiya şöbəsinə qiymətli kağızlar üzrə mütəxəssis" vəzifəsinə işçi axtarır.
Son tarix 13 iyl 2023
Əsas vəzifələr:
- Maliyyə bazarların xüsusilə qiymətli kağızlar bazarının analitikası sahəsində təcrübəli olmaq
- Qiymətli kağızlar buraxılışları üzrə qanunvericilikə tələb olunan sənədləri hazırlamaq ( emissiya haqqında qərar, emissiya prospekti və s.)
- Qiymətli kağızlar üzrə buraxılışların və onların sahiblərinin uçotunu aparmaq
- Qiymətli kağızlar üzrə investisiyaların cəlb edilməsi üzrə müvafiq tədbirlər görmək
- Qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair tədbirlər görmək
- Investisiya şirkətlərinə sifarişlərin verilməsi üzrə təkliflər hazırlamaq
- Qiymətli kağızların dövriyyədən çıxarılması üzrə müvafiq tədbirlər görmək
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun üzrə müvafiq tədbirlər görmək
- Təşkilatın hesabatlarını mütəmadi təhlil etmək və təşkilatla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq
- Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək
- Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq
Namizədə olan tələblər:
- Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur;
- Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr təhsili arzu olunandır;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir
- Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları
- Riyaziyyat, məntiq və statistika üzrə biliklər
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma
İş qrafiki:
- İş saatları 6 günlük qrafik (iş rejimi) : 09:00-17:00, Şənbə 10:00-15:00 , İstirahət vaxtı 13:00-14:00
- Ə/h: 1000-2000 AZN
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Qiymətli Kağızlar Üzrə Mütəxəssis” başlığı ilə vakansiya@parabokt.az elektron ü̈nvanına göndərməkləri xahiş olunur.