MALİYYƏ

Maliyyə Nazirliyi: “Standard and Poor’s” Azərbaycana qarşı xəsislik edir”

Maliyyə Nazirliyi “Standard and Poor’s” (“S&P”) beynəlxalq kredit reytinq agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

“Agentlik ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirir”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, “S&P” Azərbaycanın suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)