Süni intellekt yarışı Oracle-ın rəhbərinin sərvətini rekorda yüksəltdi
Oracle proqram təminatı şirkətinin qurucusu Larri Ellisonun sərvəti, şirkətin səhmlərindəki süni intellekt sahəsindəki inkişafın müsbət təsiri ilə Bill Qeytsi taxtdan salıb.
ENA.az xəbər verir ki, süni intellekt sahəsindəki inkişafla bu il Oracle səhmlərinin 42 faiz artması nəticəsində Oracle-ın qurucusu Larri Ellisonun sərvəti Microsoft-un qurucusu Bill Gates-i geridə qoydu.
Bloomberg Billionaires Index-ə görə, 78 yaşlı Ellisonun sərvəti 129,9 milyard dollardır ki, bu da onu dünyanın 4-cü ən zəngin adamı edir.
Ellison beləliklə, ən varlılar siyahısında 129,1 milyard dollar sərvətə sahib olan Bill Qeytsi ilk dəfə geridə qoydu.
İnvestorların süni intellektə və texnoloji səhmlərə marağı artdıqca Oracle səhmləri bu il bazar ertəsi günü 42 faiz artaraq rekord həddə - 116,43 dollara çatıb.
Ellisonun sərvəti bu il təxminən 38 milyard dollar, Bill Qeytsin sərvəti isə eyni dövrdə 19,9 milyard dollar artıb.
Oracle süni intellekt sahəsindəki inkişaflardan təsirlənən yeganə texnologiya şirkəti deyil. Süni intellekt sahəsində atdıqları addımlarla Google-un həmtəsisçiləri Sergey Brinn və Larri Peyc öz sərvətlərinə 18 milyard dollar əlavə etdi, Nividia-nın həmtəsisçisi Jensen Huang-ın sərvəti 2023-cü ildə iki dəfə artaraq onu Bloomberg-in "'dünyanın ən zəngin 500 adamı" siyahısının qalibi etdi.