Azərbaycanda beş aylıq ÜDM-nin həcmi açıqlandı
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 49 milyard 580,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5% azalıb, qeyri neft-qaz sektorunda isə 4% artıb.
ÜDM istehsalının 45,5%-i sənaye, 9,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,5%-i tikinti, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,9%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 4 min 890,6 manat olub.