Maaşlar yenidən artacaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu il orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağınının proqnozlaşdırıldığını qeyd edib.
2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır – deyə A.Əliyev əlavə edib. Qarşıdakı aylarda əmək haqqında artım gözlənilir ?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əmək haqqı təxminən 12 faizə qədər artacaq.
“2023-cü ilin geridə qalan aylarında orta aylıq əmək haqqındakı artım tempi davam edir. Bu ilin ilk rübündə orta aylıq əmək haqqı 11,4 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, bütövlükdə 2023-cü ilin növbəti aylarında əmək haqqı artımlarının davam edəcəyini proqnozlaşdırırıq. Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əmək haqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əmək haqqınını artırılması ilə bağlı qərar və eləcə də bir sıra sektorlarda əmək haqqının artırılması ölkə üzrə əmək haqqına təsir göstərdi. Bu baxımdan təbii ki. bizimdə 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əmək haqqı təxminən 12 faizə qədər artacaq. Ortaq aylıq əmək haqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımındna çox vacibdir. Digər bir tərfədən pensiyaların indeksasiyalarında istifadə olunan rəqəmlərdir. Bu o deməkdir ki, 2023-cü ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq pensiyaalr indeksasiya olunaraq artırılacaq. Ona görə də əmək haqqı artımları növbəti aylarda da davam edəcək”, -deyə V.Bayramov əlavə edib.