Sığorta

Sığorta şirkətləri agentlərə ödənişləri artırıblar - MƏBLƏĞ

Bu ilin yanvar-mart aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin xərclərin 23.3%-i, yəni 14 milyon 347,5 min manatı agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb. ENA.az xəbər verir ki, bu, ötən ilin eyni dövründəkindən 46% çoxdur. 

Ümumilikdə xərclər isə 61 milyon 675,3 min manat təşkil edib. Bu 2022-ci ilin birinci rübünün göstəricisindən 36,7% çoxdur.

17 milyon 905,2 min manat və ya xərclərin 29%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 2 milyon 438,5 min manat (artım 10,2%), sosial ayırmalar 3 milyon 69,1 min manat (artım 13,9%), icarə ödənişləri 2 milyon 55,6 min manat (artım 15,3%) olub.

Eləcə də sığorta sektoru reklama 1 milyon 909,7 min manat xərcvləyib ki, bu da 3 dəfə çoxdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)