İqtisadçıların FED proqnozu
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların bir çoxu, davamlı inflyasiyaya baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında 15 aydan sonra faiz artımı seriyasına son qoyacağını gözləyir.
ENA.az xəbər verir ki, iyunun 2-7-də Bloomberg-in 46 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən FED-in iyun toplantısında faiz dərəcələrini 5-5,25 faiz aralığında sabit saxlayacaq.
May toplantısının faiz artımı dövrünün son artımı olduğunu ifadə edən iqtisadçılar, inflyasiya təzyiqlərinin azaldılması və azalan kreditlərdən qaynaqlanan səbəblə FED-in faiz artımına qərar verə bilməyəcəyini də bildiriblər.
Fed sədri Jerome Powell, sərtləşdirmə kampaniyasının keçən ay dayandırılacağını ifadə edərək, gecikmiş təsirlərini və bank uğursuzluqlarının kreditlərə təsirlərini qiymətləndirmək üçün gözləməyi üstün tutduğunu söyləmişdi.