BİZNES

S&P Azərbaycanın reytinq proqnozunu "müsbət"ə yüksəldə bilər - TƏHLİL

Bu il iyunun 9-da S&P agentliyi Azərbaycanın reytinqinə yenidən baxacaq. ENA.az xəbər verir ki, “Qazprombank”ın analitikləri hesab edirlər ki, yenidən baxılmadan sonra ölkənin proqnozu “stabil”dən “müsbətə” yaxşılaşdırılacaq.

“Biz istisna etmirik ki, S&P agentliyi cümə gününə planlaşdırılan baxışdan sonra Azərbaycanın reytinqi üzrə proqnozu “müsbətə” yaxşılaşdıracaq", -deyə Bazar Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina bildirib.

Onun fikrincə, Azərbaycanın reytinqi üzrə proqnozun yaxşılaşması 4 amillə bağlıdır.

Birincisi, Dövlət Neft Fondunun aktivlərinin artması hesabına xarici likvidlik mövqeyinin möhkəmlənməsi; ikincisi, iqtisadiyyatın dollarlaşmasının ardıcıl azalması; üçüncüsü, iqtisadiyyatın şaxələndirilməsi; dördüncü, büdcə göstəricilərinin yaxşılaşdırılması.

“Biz inanırıq ki, S&P tərəfindən Azərbaycanın reytinqinə dair proqnozun yaxşılaşdırılması ölkənin avrobondları üçün müsbət olacaq və onların cəlbediciliyini artıracaq”, - deyə Xaydarşina vurğulayıb.

2022-ci ilin dekabrında planlaşdırılan əvvəlki icmaldan sonra S&P Azərbaycanın reytinqini stabil proqnozla BB+ səviyyəsində təsdiqləyib. Daha əvvəl S&P qeyd edib ki, "stabil" proqnoz yüksək karbohidrogen qiymətlərinin Azərbaycan iqtisadiyyatına davam edən müsbət təsirini əks etdirir. Eyni zamanda, agentlik yüksək karbohidrogen qiymətləri səbəbindən 2022-2023-cü illərdə əhəmiyyətli ikirəqəmli profisiti (tədiyyə balansı) saxlayacağını gözləyirdi. Agentlik onu da qeyd edib ki, neft yataqlarının "yaşlanması" neft hasilatının azalmasına səbəb olacaq və qaz ixracının artması ilə tam kompensasiya edilə bilməz. Bu risklər qismən Azərbaycanın suveren fonduna əsaslanan yığılmış xarici likvidlik buferləri hesabına kompensasiya edilir.

Xaydarşina qeyd edib ki, yüksək karbohidrogen qiymətləri səbəbindən Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2023-cü ilin birinci rübündə illik 18% artaraq 53,4 milyard dollar tarixi rəqəmə çatıb.

Onun fikrincə, Azərbaycan ən çox beynəlxalq ehtiyatlara malik MDB ölkələrindən biri olaraq qalır: birinci rübdə ümumi qızıl ehtiyatları 62,6 milyard dollar təşkil edib və bu, 46,9 aylıq idxalı əhatə etməklə ÜDM-in 80%-nə yaxındır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)