Bloomberg: Cənubi Afrika Rusiya ilə dostluğa görə 32 milyard dollar itirə bilər
Qərb tərəfdaşları Rusiya ilə dostluğuna görə Cənubi Afrika ölkəsi ilə ticarəti dayandırmaq qərarına gəlsələr, Cənubi Afrika 32,4 milyard dollar ixrac gəlirini itirə bilər.
2022-ci ilin sonunda Cənubi Afrikanın ümumi ixrac gəlirləri 2 trilyon randı (təxminən 105 milyard dollar) təşkil edib. Stanlib Asset Management investisiya fondunun məlumatına görə, bu məbləğin 30,4%-i ABŞ və Aİ-nin payına düşüb. Cənubi Afrika iqtisadiyyatına qarşı sanksiyalar tətbiq etsələr, o, 605 milyard randı və ya ÜDM-nin demək olar ki, 10%-ni itirə bilər.
Müqayisə üçün qeyd edək ki, Rusiya Cənubi Afrikanın ilk 20 ticarət tərəfdaşına belə daxil deyil. 2022-ci ilin sonunda Cənubi Afrikanın Rusiyaya ixracı 240 milyon dollara çatıb ki, bu da Cənubi Afrika iqtisadiyyatının ixrac gəlirlərinin cəmi 0,23%-ni və ölkənin ÜDM-nin təxminən 0,07%-ni təşkil edir. ABŞ-a ixracdan əldə edilən gəlirin həcmi isə 9,3 milyard dollar təşkil edib.