Neft ucuzlaşır - QİYMƏT
ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında bugün saat 9:17-də Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 75,52 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,44 dollar (0,58%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,43 dollar (0,6%) azalaraq bir barelə görə 70,86 dollar təşkil edib.
“Trading Economics” qeyd edir ki, dünyada pul siyasətinin daha da sərtləşdirilməsi neft tələbinə mənfi təsir göstərə bilər. ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı gələn həftə görüşəcəklər.
Treyderlər ümumiyyətlə FED-in iyun iclasında baza dərəcəsini dəyişməyəcəyinə inanırlar və AMB-nin əsas faiz dərəcələrini yenidən 25 baza bəndi artıracağını ehtimal edilər.