Birja

Bakı Fond Birjası zərər açıqladı

Bakı Fond Birjası (BFB) yeni açıqladığı 2022-ci ilin yekunları üzrə hesabatda 256,096 min manat zərər açıqlayıb. ENA.az xəbər verir ki, bu da 2021-ci ilin göstəricisindən 5,1% azdır.

2022-ci ildə BFB-nin əməliyyat gəlirləri 2 milyon 210,625 min manat (artım 17%) təşkil edib.

2022-ci ildə birjanın əməliyyat xərcləri 2 milyon 772,714 min manat (artım 21,7%), əməliyyat zərəri 562,089 min manat (artım 43,7%) təşkil edib. Əməliyyat xərclərinin strukturunda 1 milyon 425,224 min manat işçilərə əməkhaqqı və digər ödənişlərin (2021-ci illə müqayisədə artım 16,7%) payına düşüb. 2022-ci ildə inzibati xərclər 43,7% - 1 milyon 21,513 min manata qədər artıb.

Maliyyə hesabatına əsasən, 2023-cü il yanvarın 1-nə BFB-nin aktivləri 11 milyon 936,851 min manat (azalma 3,3%), öhdəlikləri 1 milyon 432,673 manat (artım 16,7%), kapitalı 10 milyon 504,178 min manat (azalma 5,2%) təşkil edir.

BFB-nin səhmdarları 20 təşkilatdır və nizamnamə kapitalı 5,04 milyon manat təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)