Aqrar

Türkiyədə çayın bahalaşması səs-küy yaratdı

Ət və ət məhsullarının bahalaşmasından sonra Türkiyədə çay 43% bahalaşdı. Çaykur çayı orta hesabla 43 faiz artırarkən, topdansatış şirkətlərinə yeni qiymət siyahıları göndərilib.

2023-cü ilin yanvar ayında nəşr olunan köhnə siyahıda 1 kiloqram Rize Turist çayının tövsiyə edilən pərakəndə satış qiyməti 97,81 TL ikən, bu gün şirkətlərə göndərilən yeni siyahıda eyni çayın qiyməti 141,54 TL olaraq təyin olundu. Beləcə Rize Turist çayı yüzdə 44,7 artdı.

Köhnə siyahıda 1 kiloqramlıq Tiryaki çayının tövsiyə olunan pərakəndə satış qiyməti 95,95 TL olduğu halda, yeni siyahıda eyni çayın qiyməti 138,38 TL-yə yüksəlib. Belə ki, “Tiryaki” markalı çayın qiyməti 44,2 faiz artıb.

Çaykurun bütün kateqoriyalarında orta qiymət artımı yüzdə 43-ə bərabərdir.

İyun ayında edilən bu artımın təsiri iyul ayı inflyasiya rəqəmlərində də özünü göstərəcək.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)