Separatçılar təxribata cəhd edib
Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.