Elon Musk artıq Twitter-in baş direktoru deyil
Elon Musk artıq Twitter-in baş direktoru deyil. İş adamı 5 iyundan bəri rəsmi olaraq tutduğu vəzifəni tərk etdi.
Bu barədə Business Insider məlumat yayıb.
NBCUniversal-ın keçmiş reklam direktoru Linda Iaccarino Twitter-də sosial şəbəkənin rəhbəri kimi işə başladığını yazıb.
Milyarder 2022-ci ilin oktyabrında Twitter-i 44 milyard dollara satın aldıqdan sonra baş direktor vəzifəsində çalışırdı. Mask ilk dəfə 2022-ci ilin dekabrında hesabının abunəçiləri arasında sorğu keçirdikdən sonra sosial şəbəkənin rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlamışdı.
The New York Times-ın əldə etdiyi daxili təqdimata görə, Twitter-in ABŞ-dakı reklam gəliri illik müqayisədə 59% azalıb.