Azərbaycandan Rusiyaya giləmeyvə ixracı yüksəlib
Haqırda Rusiya bazarına gilas ixracı mövsümü başlayıb. ENA.az xəbər verir ki, Azərbaycan 2022-ci ildə Rusiyaya gilasın əsas tədarükçüsü olub.
ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rosselxozbank”a görə, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan Rusiyaya gilas ixracını 1,5 dəfə artıraraq 29,2 min tona yüksəldib.
Tədarükçülərin ilk üçlüyünə Türkiyə - 24,3 min ton, Moldova -9,8 min ton ilə daxildir.
Bundan başqa, Azərbaycan 2022-ci ildə Rusiyaya çiyələk ixracını iki dəfə artırıb. Azərbaycandan 9,8 min ton çiyələk (2021-ci illə müqayisədə artım 2 dəfə) tədarük olunub.
“Rosselxozbank”ın ekspertlərinin proqnozlarına görə, yaxın üç ildə Rusiyanın çiyələk bazarı idxal olunan məhsulların payının tədricən azalması və həcmlərin Türkiyə, Belarus və Azərbaycan arasında yenidən bölüşdürülməsi nəticəsində ildə orta hesabla 5% böyüyəcək