Ali Məhkəmədən “İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.