Birja

Dollar alışı kəskin düşdü

Bugün valyuta hərracında Azərbaycan bankları 8,6 milyon dollar alıb. ENA.az xəbər verir ki, iyun ayının artıq 2 hərracı baş tutub və banklar ümumilikdə  22, 7 milyon dollar alıblar. 

Beləki, ötən hərracda dollar satışının həcmi 14,1 milyon idi. 

“Hərracda tələb 8,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Qeyd edək ki, AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni Bloomberg platforması üzərindən hərrac mexanizminin tətbiqinə başlayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)