Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının həcmi artıb
Bu ilin may ayında qeyri-neft ixracının həcmi 278,25 milyon dollar olub. ENA.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən xəbər verir ki, bu, 2022-ci ilin may ayını göstəricisindən 25,8% çoxdur.
2023-cü ilin yanvar-may aylarının yekunları üzrə Azərbayandan qeyri-neft ixracı ümumilikdə 1 milyard 465,85 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi 3 milyard 47,67 milyon dollar olmuşdu.
İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi 5 milyard dollara çatacaq.