Amerika pilotsuz təyyarəsinin süni intellekti operatoru öldürmək qərarına gəlib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus süni intellekt tərəfindən idarə olunan pilotsuz uçan aparat simulyasiya testləri zamanı öz tapşırığını yerinə yetirmək üçün cihaza mane olmaması üçün operatoru öldürmək qərarına gəlib. Bu barədə “The Guardian” qəzeti yazır.
ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları şöbəsinin rəhbəri polkovnik Taker Hamiltonun sözlərinə görə, süni intellekt sistemi təhlükəni müəyyən etsə də, bəzən insan operatorunun onu məhv etməməyi əmr etdiyini dərk etməyə başlayıb.
The New York Times daha əvvəl İT nəhəngləri haqqında yazmışdı ki, onların üzərində işlədikləri süni intellekt texnologiyaları bir gün bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər və onlara pandemiya və nüvə müharibələri ilə bərabər risk kimi baxılmalıdır.
Bundan əvvəl ChatGPT çat botunun yaradıcısı olan OpenAI-nin rəhbəri Sem Altman ABŞ Senatında keçirilən iclasda onun şirkəti və digər korporasiyalar tərəfindən yaradılan süni intellekt texnologiyalarının potensial təhlükələri barədə açıq danışıb.