İyunun ilk dollar hərracında satış azaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) bugün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 14,1 milyon dollar satıb.
ENA.az xəbər verir ki, bundan əvvəl mayın 30-da keçirilən hərracda banklara 22,4 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $14,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankı məlumatında bildirib.