BİZNES

2023-cü ilin 5 ayı ərzində ixrac həcmi 29,7% azalıb

İxraca Dəstək Mərkəzi 2023-cü ilin yanvar-may aylarında Azərbaycandan 75,2 milyon ABŞ dolları dəyərində mal ixracını asanlaşdırıb.

ENA.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında bu rəqəm 106,9 milyon dollar olub.Beləliklə, 2023-cü ilin 5 ayı ərzində ixrac həcmi 29,7% azalıb.

Yanvarda bu rəqəm 9,8 milyon, fevralda 13,6 milyon, martda 17,5 milyon, apreldə 24,6 milyon, mayda isə 9,7 milyon dollar olub.

2022-ci ildə bu rəqəm 269,7 milyon dollar təşkil edib (2021-ci illə müqayisədə 14,7% artım).

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli sərəncamına əsasən yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)