Hindistan Rusiyadan neft alışını kəskin artırıb
2022-2023-cü maliyyə ilində Rusiyadan Hindistana neft tədarükü 14 dəfə artıb. Bu barədə “Business Standard” qəzeti Hindistan Ehtiyat Bankının illik hesabatına istinadən yazır.
Tənzimləyicinin məlumatına görə, Rusiya xam neftinin idxalı keçən il 2,2 milyard dollardan 31,02 milyard dollara yüksəlib. Hindistan bazarına karbohidrogenlərin tədarükündə Rusiyanın payı 17,1 faiz bəndi artaraq 2 faizdən 19,1 faizə yüksəlib.
Nəşr qeyd edib ki, Rusiyadan böyük həcmdə xam neft tədarükü səbəbindən Hindistanın ümumi neft alışı 50,7% artaraq 162,2 milyard dollar olub.Beləliklə, Rusiya Küveyt və BƏƏ kimi ölkələri qabaqlayaraq ölkənin əsas neft tədarükçüsü olub.
Mayın 26-da Reuters sığorta bazarının bəyanatına istinadən xəbər verir ki, Britaniya sığorta bazarı Lloyd's of London Hindistanın ən böyük neft daşıyıcısına çevrilmiş Gatik Ship Management şirkətinin tanker donanmasının sığortasından iyunun 3-dən imtina etməyi planlaşdırır.