Gündəm

Zveçan şəhərində gərginlik davam edir

Etnik serblər erkən saatlardan etibarən yenidən bələdiyyə binası qarşısında toplaşmağa başlayıblar

Alban əsilli bələdiyyə rəislərinin istefa verməsi tələbiylə Kosovonun Zveçan şəhərində aksiya davam edir.

Əvvəlki etiraz aksiyaları zamanı bir qrup fəal bələdiyyə binasına müdaxilə etməyə çalışıb.

NATO əsgərləri ilə yaranmış qarşıdurmada 30 NATO əsgəri yaralanıb.

NATO rəhbərliyi vəziyyətə nəzarəti ələ almaq üçün Kosovoya əlavə 700 hərbçi göndərib.

Gərginliklə əlaqədar Serbiya hökuməti də Kosovo ilə sərhədlərdə əlavə qoşunlar cəlb edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)